“Milan”ın 3 fubolçusu koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Canluici Donnaruma, Yens Peter Hauqe və Matteo Qabbianın son koronavirus testinin nəticəsi mənfi olub.

Futbolçular tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulacaqlar.

Qeyd edək ki, bir müddət öncə “Milan”da Leo Duarte və Zlatan İbrahimoviç də koronavirusa yoluxaraq sağalmışdı.