Mikels Azərbaycanda qalacaq? - Meneceri açıqladı
- 18:00
- 47
"Karvan" I Liqaya düşəndən sonra əksər legionerlər kimi Con-Slayd Mikels də Yevlax klubundan ayrıldı.
Rekord.az-a daxil olan məlumata görə, hazırda bir neçə yerli klub onun xidmətində maraqlıdır.
Həmin klublar sırasında "Sumqayıt" və "Kəpəz"in də olduğu deyilir. Məsələyə futbolçunun meneceri Fuad Xəlilovdan münqasibət öyrəndik. Xəlilov hələlik heç nəyin dədiqləşmədiyini bildirdi: "Açığı Mikelsə yerli klubların maraqlanması haqda eşitməmişəm. Bizə heç bir müraciət daxil olmayıb. Mikels hazırda millinin düşərgəsindədir. Millinin oyunlarından sonra bu haqda danışıb qərar verəcəyik. Təklif olunan şərtlərdən də çox şey asılıdır".