Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-da Mərakeşlə heç-heçə etdikləri oyunun nəticəsindən razıdır.


Rekord.az xəbər verir ki, bunu mütəxəssis özü sözügedən oyundan sonra keçirilən mətbuat konfransında bildirib.


O, qarşılaşmanı şərh edib:


"Bəli, nəticədən razıyam. Əlbəttə, oyuna daha yaxşı başlamağa ümid edirdik, amma Mərakeş güclü komandadır. İndi növbəti matça köklənməliyik. Düşünürəm ki, matça yaxşı başlamadıq. Komanda bir qədər gərgin idi və bir neçə vacib ikili mübarizədə uduzduq. İlk hissə bizim üçün yaxşı keçmədi".


Qeyd edək ki, Braziliya - Mərakeş oyunu 1:1 hesabı ilə başa çatıb.