Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 5-ci turunda "Qurnik"ə qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 79-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı altıncı qolu olub.

Qarşılaşma Mahirin komandasının 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.