Mahir Əmrəli milliyə niyə çağırılmayıb?
- 11:00
- 44
Martın 20-də milli komandanın “FİFA Series” turniri üçün heyəti açıqlandı.
Rekord.az xəbər verir ki, siyahıda MahirƏmrəlinin adının olmaması diqqət çəkdi.
Halbuki Mahir bir müddətdir zədəsini sağaldıb, "Kayzerslautern"in heyətində oyuna çıxıb, qol da vurub. Əldə etdiyimiz məlumata görə, əslində Ayxan Abbasov Mahirə dəvət göndərməyi düşünürmüş. Sadəcə, Almaniya klubundan AFFA-ya zəng edərək xahiş ediblər ki, Mahiri qarşıdakı iki oyuna çağırmasınlar. Çünki o, zədədən yeni qayıdıb, bərpa prosesi keçir və yığmada o qədər də vacib əhəmiyyət kəsb etməyən oyunlarda yersiz, ciddi zədə ala bilər. Federasiya da Abbasovla məsləhətləşmədən sonra "Kayzerslautern"in istəyini müsbət cavablandırıb.