“Liverpul” İngiltərə Liqa kubokunun yarımfinalında “Arsenal”ı məğlub edib – 2:0.

Rekord.az xəbər verir ki, adını finala yazdıran Mersisayd təmsilçisi yeni rekorda imza atıb.

Belə ki, “Liverpul” turnir tarixində 13-cü dəfə finala yüksəlib. Bu, turnir tarixi üçün rekord göstəricidir. “Liverpul” 8 dəfə Liqa kubokunu qazanıb.

Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv builki finalda “Çelsi” ilə üz-üzə gələcək. Həlledici matç fevralın 27-də Londondakı “Uembli” stadionunda baş tutacaq.