
“Liverpul”dan “Brentford”a
- 03 İyn 2025 23:11
- 72
"Liverpul"un qapıçısı Kuivin Kelleher klubunu dəyişib.
Rekord.az xəbər verir ki, "Brentford" irlandiyalı qolkiperi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Liverpul" 26 yaşlı qolkiperin satışından 21 milyon avro qazanacaq. Kelleher "Brentford"la 2030-cu ilin yayına kimi müqavilə imzalayıb.
İrlandiya millisinin üzvü bu mövsüm "Liverpul"un heyətində 20 rəsmi matçda meydana çıxıb. O, 2019-cu ildən Mersisayd klubunda çıxış edirdi.