
“Liverpul” Frimponqla gücləndi
- 30 May 2025 22:00
- 91
"Liverpul" "Bayer"də çıxış edən Ceremi Frimponqla müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü ilə uzunmüddətli sözləşmə bağlanıb.
24 yaşlı cinah müdafiəçisi cari mövsüm bütün turnirlərdə "Bayer" forması ilə 48 oyuna çıxıb, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.