
Lineker "Çelsi"nin xal itkisinə ironik yanaşdı
- 04 Fev 2023 15:18
- 389
İngilis futbolunun əfsanəsi Qari Lineker "Çelsi"nin "Fulhem"lə qolsuz heç-heçəsinə ironiya ilə yanaşıb.
Rekord.az xəbər verir ki, o, tvitter hesabında komandanın qış transfer dönəmində 323 milyon funt-sterlinq xərclədiyini xatırladıb.
Daha sonra bildirib ki, yayda da bu qədər pul xərclənsə, bu, komandanın gələcəyi üçün böyük təhdid olacaq.