İspaniyanın “Alaves” klubunun kollektivindən koronavirus testi götürülüb.

Rekord.az xəbər verir ki, testlər nəticəsində 3 nəfərin analizi müsbət nəticə verib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Xəbərdə koronavirus testi müsbət nəticə verən 3 nəfərin dərhal karantinə alındığı diqqətə çatdırılıb. Onlar klubun digər üzvləri ilə təmasda olmayıblar. İnfeksiyaya yoluxan şəxlərin adları açıqlanmayıb.

Qeyd edək ki, daha öncə “Ateltiko”, “Valensiya”, “Betis” və “Qranada” klublarının da bir neçə üzvünün koronavirusa yoluxduğu açıqlanmışdı.