Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır.

Rekord.az xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib.

Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:

"Bura 66 günə AFFA tərəfindən ərsəyə gətirilib. Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına hazırdır".

Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.