
Kubokun final oyununa təyinatlar açıqlandı
- 03 İyn 2025 14:40
- 74
"Araz-Naxçıvan" və PFL komandaları arasında baş tutacaq futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.
Rekord.az Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümün son matçını Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcəklər.
Görüşün hakim-inspektoru Füzuli Nəcəfov olacaq.
Qarşılaşma iyunun 5-də, "Olimpik Star"da saat 14:00-da start götürəcək.