“Komandamla fəxr edirəm” - Lopeteqi
- 09:31
- 32
utbol üzrə Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi komandası ilə fəxr edir.
Rekord.az xəbər verir ki, bunu mütəxəssis özü DÇ-2026-da İsveçrəyə qarşı keçirilən oyundan sonra mətbuat konfransında bildirib.
O, heç-heçə başa çatan qarşılaşmadan danışıb:
"Komandamla fəxr edirəm. Oyundan əvvəl futbolçularıma demişdim ki, xal qazanmasaq belə, bu gün meydanda nümayiş etdirdikləri əzmkarlıq və intizamla fəxr edəcəyəm. Xoşbəxtlikdən, qolumuzu vurduq və hər şey yaxşı yekunlaşdı. Bu gün bir qədər də şans yanımızda idi. Amma həyatda və idmanda şans qazanmaq üçün əvvəlcə inanmalı və çox çalışmalısan. Buna görə də futbolçularım adına çox sevinirəm".
Qeyd edək ki, Qətər - İsveçrə oyunu 1:1 hesabı ilə başa çatıb.