İngiltərənin "Nottinqem Forest" klubu Kolumbiya yığmasının müdafiəçisi Daniel Munyosu heyətinə qatıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə müddəti daha 1 il uzadılmaq şərti ilə 3 illik müqavilə bağlanıb.

2024-cü ilin yanvarında Londonun "Kristal Pelas" kollektivinə keçən arxa xətt oyunçusu 2024/2025 mövsümündə komandası ilə İngiltərə Kuboku və Superkubokunun qalibi olub, həmçinin UEFA Konfrans Liqasında çempionluq yaşayıb. O, ötən mövsüm London klubunun forması ilə bütün turnirlərdə 46 qarşılaşmada 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daniel Munyos 2021-ci ildən çıxış etdiyi Kolumbiya yığmasında 51 matça çıxıb. O, iki dəfə Amerika Kubokunda, son olaraq isə DÇ-2026-da iştirak edib.