Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Keşlə” ilə “Səbail” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar. Oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, bu komandalar yanvarın 18-də də qarşılaşmış və “Keşlə” 2:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
24 yanvar

Keşlə – Səbail 1:1
Qol: Rəhman Hacıyev – Əfran İsmayılov.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançası.