
“Kəpəz”in müdafiəsində ciddi itki
- 2023-02-04 10:30
- 168
Bu gün Misli Premyer Liqasının 20-ci turu çərçivəsində evdə “Qarabağ”la üz-üzə gələn “Kəpəz” bu oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, müdafiəçi Zamiq Əliyev bu matçda komandasına kömək edə bilməyəcək.
Buna səbəb futbolçunun sarı vərəqə limitini aşması olub.