"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.


"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.


Xatırladaq ki, Rəhman Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.