"Kəpəz" gürcüstanlı müdafiəçi Mate Abuladzeyə yeni müqavilə təklif edəcək.

Rekord.az-a daxil olan məlumata görə, qışda komandaya qoşulan futbolçunun oyunu baş məşqçi Azər Bağırovu razı salır.

Ona görə də daha bir il onu öz komandasında görmək istəyir.