"Karvan"ın yeni stadionu nə vaxt hazır olacaq?
- 14:00
- 49
Xəbər verdiyimiz kimi, Yevlaxda, hazırkı stadionun yaxınlığında təbii örtüklü, 1500 nəfərlik tutuma malik yeni stadion tikiləcək.
Rekord.az xəbər verir ki, artıq işlərə start verilib.
Əldə etdiyimiz məlumata görə, stadion 2027-ci ilin payızına kimi hazır olmalıdır. Bu isə o deməkdir ki, "Karvan" bu il 1-ci liqaya düşsə və orada uğurlu çıxış edib gələn il yenidən Premyer Liqaya qayıtsa, ev oyunlarını yeni stadionda keçirə biləcək.