"Karvan-Yevlax" iki futbolçu ilə yolları ayırıb.


Rekord.az Yevlax təmsilçisinə istinadən xəbər verir ki, Şakil Sno və komandada icarə əsasında çıxış edən Emin Rüstəmovla müqavilə yenilənməyib.


Emin "Karvan-Yevlax"ın heyətində 16 oyun keçirib. 30 yaşlı niderlandlı futbolçu isə başa çatan mövsümdə 33 oyuna çıxıb və 1 qolla yadda qalıb.


Qeyd edək ki, komanda Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya düşüb.