“Bayern”in 18 yaşlı yarımmüdafiəçisi Lenart Karl Almaniya millisinin böyüklərdən ibarət komandasında İsveçrə ilə yoldaşlıq oyununda debüt edib.


Rekord.az xəbər verir ki, matç Bazeldəki "Sankt-Yakob Park" stadionunda baş tutub və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.


Karl meydana ikinci hissənin 63-cü dəqiqəsində Leroy Sanenin yerinə daxil olub. Həmin vaxt Almaniya yığması 3:2 hesabı ilə öndə idi.


Karl cari mövsüm "Bayern"in heyətində bütün yarışlarda 33 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.