Kanada millisi ilkə imza atdı
- 12:00
- 32
Kanada millisi DÇ-2026-da ilk oyununda Bosniya və Hersoqovina ilə heç-heçə edib.
Rekord.az xəbər verir ki, bu nəticə ilə komanda ilkə imza atıb.
Belə ki, Kanada yığması tarixində ilk dəfə olaraq dünya çempionatının matçında xal qazanıb. Buna qədər Kanada millisi iki dəfə - 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış edib. Hər iki halda komanda qrupda keçirdiyi 3 oyunun 3-də məğlubiyyət acısı yaşayıb.
Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRi-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.