Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, idmançı birdənqaldırma hərəkətində 123 kq çəkini ram edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

70 kq çəki dərəcəsində yarışan atlet təkanlaqaldırma hərəkətində göstərdiyi 145 kq nəticə ilə 7-ci olub. İki hərəkətin cəmində 268 kq nəticəyə imza atan Kamran Xappayev 5-ci yerlə kifayətlənib.