“Bolonya” “Hoffenhaym”dan icarəyə götürdüyü müdafiəçi Stefan Poşun transfer hüquqlarını alıb.

Rekord.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Avstriya milli komandasının üzvü üçün Almaniya klubuna 5 milyon avro ödənilib.

26 yaşlı olan sağ cinah müdafiəçisi 2022-ci ilin yayından icarədə oynadığı “Bolonya”da 30 oyuna çıxıb, 6 qol da vurub. O, Avstriya millisində də 22 oyuna 1 qol vurub.