
İnzaqinin yeni iş yeri bəlli oldu
- 05 İyn 2025 14:20
- 52
Simone İnzaqi "Əl-Hilal"ın baş məşqçisi təyin olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
"İtaliyalı dahi buradadır. Simone İnzagi xoş gəldin!", - deyə açıqlamada bildirilib. 49 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
İyunun 3-də "İnter"dən ayrılan mütəxəssisin Səudiyyə Ərəbistanında illik 25 milyon avro qazanacağı bildirilib.