“İnter”dən antirekord
- 13:40
- 24
İtaliya təmsilçisi "İnter" UEFA Çempionlar Liqasında (ÇL) klub tarixinin antirekorduna imza atıb.
Rekord.az xəbər verir ki, bu, Milan komandasının əsas mərhələnin VII turunun oyununda evdə İngiltərənin "Arsenal" kollektivinə uduzması (1:3) ilə gerçəkləşib.
"İnter" tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində mövsüm ərzində ardıcıl 3 görüşdə məğlubiyyətlə barışıb.
İtalyanlar daha əvvəl İngiltərənin "Liverpul" komandasına 0:1, İspaniya təmsilçisi "Atletiko"ya 1:2 hesabı ilə yenilib.
Qeyd edək ki, "İnter" hazırda 12 xalla 9-cu pillədə qərarlaşıb.