ABŞ-də İngiltərə millisinin avadanlıqlarını oğurlayan iki şəxs saxlanılıb.


Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, əşyaların əksəriyyəti tapılsa da, polis araşdırmanı davam etdirir.


Götürülən avadanlıqlar arasında buts və toplar da olub. Hadisə komandanın Kanzas-Sitidəki ilk məşqindən əvvəl baş verib.


Xatırladaq ki, İngiltərə millisi mundialdakı ilk matçını iyunun 17-də Xorvatiya seçməsinə qarşı keçirəcək. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.