Futbol üzrə İngiltərə millisi dünya çempionatında oğurluq hadisəsi ilə üzləşib.


Rekord.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.


Komandanın ABŞ-də keçirəcəyi ilk məşqdən əvvəl futbolçulara məxsus oyun butsları, turnirin rəsmi topları və əsas məşq avadanlıqları oğurlanıb.


Mənbələrin bildirdiyinə görə, yüklər arasında cəmi bir futbol topu qalıb. Həmçinin, komandanın ulduz futbolçuları - Harri Keyn və Cud Bellinqemin butslarının da oğurlanması ehtimal edilir.


Nəşrin məlumatına əsasən, təhlükəsizlik xidməti oğurluqda avadanlıqların daşınmasını etibar etdikləri sürücülərin əli ola biləcəyindən şübhələnir. Hazırda İngiltərə Futbol Assosiasiyası oğurlanmış əşyaların geri qaytarılması üçün yerli polis ilə əməkdaşlıq edir.


İngiltərə yığması DÇ-2026-da ilk oyununu iyunun 17-də keçirəcək və rəqibi Xorvatiya millisi olacaq. Daha sonra komanda iyunun 23-də Qana, iyunun 28-də isə Panama yığması ilə qarşılaşacaq.