İngiltərə klubu “Roma”dakı futbolçusunu geri qaytardı
- 17:00
- 33
"Aston Villa" “Roma"da icarə əsasında çıxış edən futbolçusu Leon Beylini geri qaytarıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yamaykalı vingerin "Roma"dakı icarə müddətinin başa çatdığı və onun komandaya geri döndüyü bildirlib.
Ötən yay İtaliya klubuna keçən futbolçu ciddi zədə problemləri səbəbindən heyətdə cəmi 317 dəqiqə keçirib. O, bu müddətdə meydana çıxdığı 11 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.