
"İmişli"dən qeyri-adi təyinat: baş məşqçi B, köməkçi PRO-du
- 05 İyn 2025 15:00
- 391
Böyük ehtimalla "İmişli"ni əcnəbi məşqçi çalışdıracaq.
Rekord.az xəbər verir ki, Çexiya 3-cü liqasında işləmiş portuqaliyalı məşqçi Azərbaycanda olub. komandanın oyununu izləyib.
Lakin bu məşqçinin nəinki Pro, heç A kateqoriyası da yoxdur. Maraqlıdır ki. B kateqoriyalı olan portuqaliyalının köməkçisi Pro kateqoriyalıdır və onu da özü ilə Azərbaycana gətirəcək.