11 iyun 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.


Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.


Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğula yıb.