I Liqada xoşagəlməz olay: futbolçunun başı yarıldı, qolu əzildi
- 18:00
- 34
I Liqa çərçivəsində keçirilən "Difai" - "Dinamo" matçında xoşagəlməz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, matçın gedişində "Dinamo"nun futbolçusu Amil Nurəhmədov topa oynayan zaman ehtiyatsızlıq edərək stadionun dəmir setkasına çırpılıb.
Üzündən və qaşından ciddi zədə alan futbolçunun qolu da setkanın altına girərək əzilib. Qaşına tikiş qoyulan futbolçunun təxminən 1-1.5 ay yaşıl meydançalardan uzaq qalacağı gözlənilir.