“Həqiqətən layiqli qələbə qazandıq” - Azər Bağırov
- 20:00
- 39
"Kəpəz" Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Qarabağ"ı Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah, Avropada yollarına davam edərlər. Oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. "Qarabağ" bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm.
Oyundan öncə belə hesabı təxmin etmirdim. Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə, bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq”.