Bu yaxınlarda "Şahdağ"la müqavilə bağlayan Füzuli Məmmədov təyinatı haqda fikirlərini bölüşüb.

Rekord.az-a açıqlamasında o, Qusar klubundakı hədəflərindən danışıb.

Lakin daha öncə "Karvan"dan ayrılmasına münasibət bildirob: "Karvan" komandasından hələ çempionatın gedişindən təklif almışdım. Mövsüm bitəndən sonra da görüşüb müzakirə aparmışdıq. Lakin son anda 1-2 məqamda fikirlərimiz üst-üstə düşmədi və qərar verdik ki, ayrılaq "Karvan" rəhbərliyi komanda üçün yaxşı şərait yaradıb, gözəl infrastruktur qurub və Premyer Liqaya qayıtmaq baxımından vacib məqamlardı. Onlar yeni mövsümdə uğurlar arzulayıram"


Məmmədov "Şahdağ"a təyinatı və burdakı hədəfləri haqda isə bunları dedi: "Mən Bakıya qayıtdıqdan sinra "Şahdağ"ın prezidenti Samir Xeyirbəyovdan zəngt gəldi.  İlk görüşümüz tanışlıq xarakterli oldu, klubun planları, hədəfləri haqda məlumat verdi. Gördüm ki, çox ambisiyalı, uğura ac bir insandı. Hansı ki, bu baxımdan xarakterlərimiz üst-üstə düşürdü. Hədəf də Premyer Liqaya vəsiqə idi. Hansı ki, mən özüm də hər zaman deyirdim ki, iddialı, Premyer Liqanı hədəfləyən komandada işləmək istəyirəm. Daha sonra Samir müəllimlə ikinci dəfə görüşdük və öz planımı, layihəmi ona təqdim etdim",