AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 17-ci turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.


O, "İmişli" - "Araz-Naxçıvan" (2:2) və "Sabah" - "Karvan-Yevlax" (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.


Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.