Belçikanın “Gent” klubunun futbolçusu Alessio Kastro-Montes “Qarabağ”la oyun haqda danışıb.

Rekord.az “voetbalnieuws.be”-yə istinadən xəbər verir ki, o, Belçika çempionatının 25-ci turunun “Vesterlo” ilə matçında qələbə qazanmaq istədiklərini bildirib:

“Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, “Vesterlo” ilə görüşdən sonra Bakıda “Qarabağ”la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq. Bakıya qalib kimi yollanmaq istəyirik”.

“Qarabağ”la “Gent” arasında ilk oyun 16 fevralda Bakıda keçiriləcək.