Gəncədə ictimai nəqliyyat gücləndirilmiş rejimdə işləyəcək – “Kəpəz”ə görə
- 17:00
- 24
Misli Premyer Liqasının 4-cü turunun “Kəpəz” – “Şamaxı” oyunu ilə bağlı Gəncə şəhərində ictimai nəqliyyat axşam və gecə saatlarında gücləndirilmiş rejimdə işləyəcək.
Rekord.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
“Kəpəz” – “Şamaxı” matçı sentyabrın 4-də keçiriləcək və saat 20:15-də start götürəcək.