“Futbolçular qələbə üçün ac olmalıdırlar” – Vernidub
- 22:00
- 33
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
“Biz bütün oyuna baxsaq, birinci hissə bizim üçün elə də uğurlu olmadı. Toplanışın elə də böyük nəticələr gətirmədiyini bilirik. Bizim qarşımızda olan tələblər fərqlidir. Biz olduğumuz yerdən xeyli irəli qalxmaq istəyirik. Mən çox məyus olmuşam.
İkinci hissədə xeyli dəyişikliklər etdik. Birinci hissədə fərq onda idi ki, müdafiəçilərimiz və hücumçularımız arasında məsafə böyük idi, onlar xəttlərini bağlıyırdılar. Oyunçularımızın bu nəticədən məyus olduğunu gördüm. İşləməli olduğumuz məqamlar çoxdur.
Müdafiəçilərimizdə belə bir qayda var ki, onlar top qəbul edirlərsə, topla da hərəkət etməlidirlər.
Toplanış zamanı futbolçularla tanış olurduq və bəzən heyəti dəyişirdik. Nəzərə alaq ki, bizdə 22 oyunçu var və onların hamısı oynamaq istəyir. Mən çalışacam ki, onlar hamısı oynasınlar. Hər bir mövqedə mənim iki oyunçum var. Biri digərindən güclü ola bilər, lakin bu əsas faktor deyil. Mən deyə bilərəm ki, burda olan heyət “Krivbass”dan daha güclüdür. Lakin orda da yaxşı heyət var idi və qələbədən başqa heç nə istəmirdilər. Burdakı oyunçularımızın da belə olacağını bilirəm. Onlar qələbə üçün ac olmalıdırlar, bunu zaman göstərəcək”.