Fransa millisində ciddi itki
- 17:00
- 32
Bu həftə iki yoldaşlıq oyunu keçirəcək Fransa millisi ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, "Arsenal"ın müdafiəçisi Vilyam Saliba sıradan çıxıb.
23 yaşlı futbolçuya baldır nahiyəsində zədə diaqnozu qoyulub. Mərkəz müdafiəçisi bu səbəbdən milli komandanın heyətindən çıxarılıb.
Baş məşqçi Didye Deşam Salibanın əvəzinə "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanı komandaya dəvət edib.
Fransa seçməsi martın 26-da Braziliya ilə, 29-da isə Kolumbiya ilə üz-üzə gələcək.