photo

Finlandiya yığmasından tarixi uğur

  • 2019-11-16 11:30
  • 85

Futbol üzrə Finlandiya yığması 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb. 

Rekord.az xəbər verir ki, sözügedən komanda J qrupu çərçivəsində Lixtenşteynlə ev oyununda 3:0 hesablı qələbəyə imza atmaqla, qrup ikincisi olub.

J qrupunda daha öncə İtaliya yığması birinciliyi təmin etmişdi. İkinci pillə isə məhz xallarının sayını 18-ə çatdıran Finlandiyaya qismət olub.

Finlandiya yığması tarixində ilk dəfə qitə birinciliyində mübarizə aparacaq. 5,5 milyin əhalisi olan bu ölkə daha çox hokkey klubları, ralli sürücüləri, nizə atma idmançıları ilə məşhurdu. Finlandiya dünya və Avropa çempionatlarında iştirak etməyən tək Skandinaviya ölkəsi idi ki, artıq bu həsrətə də son qoyuldu.

Finlandiya Avropa çempionatlarında mübarizə aparan 34-cü ölkə kimi tarixə düşəcək.
 

Son xəbərlər