“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfransının vaxtında dəyişiklik edilib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.


Martın 26-da baş tutacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtını diqqətinizə çatdırırıq:


26 mart

 

Sent Lüsiya milli komandası

18:15. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

 

Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)