AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov millinin keçmiş hücumçusu Vaqif Cavadovla görüşüb.

Rekord.az xəbər verir ki, federasiyadan sportinfo.az-a daxil olan məlumata görə, görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

E.Məmmədov AFFA-nın yığmanın bütün sabiq üzvlərinə qayğı ilə yanaşdığını, onların fəaliyətini yaxından izlədiklərini diqqətə çatdırıb.

O, hazırda «Sumqayıt»ın 16 yaşlılardan ibarət komndasında təcrübə keçən Cavadovu tezliklə millilərin birində məşqçi olaraq gördüyünü söyləyib.

İcraçı vitse-prezident bunun üçün ondan «B» kateqoriyalı kursları uğurla bitirməsini istəyib və bildirib ki, AFFA bu yolda əlindən gələn köməyi əsirgəməyəcək.