Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb. 

Rekord.az xəbər verir ki, Elxan Məmmədov AÇ-2020 çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb. Kadir Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, AÇ-2020-nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.