Elgiz Kərəmli "Sabahın Ulduzları" yarışını izləyib
- 16:45
- 26
Futbol üzrə Azərbaycan U-19 milli komandanın baş məşqçisi Elgiz Kərəmli Bayıl stadionunda olub.
Rekord.az xəbər verir ki, o, BFF prezidenti Tahir Süleymanov və yarışların baş sponsoru, "Alpex" şirkətinin rəhbəri Sərdar Salmanzadə ilə birlikdə "Sabahın Ulduzları" yarışını izləyib.
Daha sonra onlar yarışların təşkili, mövcud şərait, uşaq futbolunun gələcəyi barədə fikir mübadiləsi aparıblar.