
Dünya futbolunda tarixi oğurluq necə baş verib?
- 15:00
- 87
Dünya çempionatlarında daha əvvələr “dünya kuboku” anlayışı yox idi.
Rekord.az xəbər verir ki, bu turnir uzun müddət “Jül Rime” adlanıb.
O vaxtı belə bir qayda var idi ki, 3 dəfə ardıcıl olaraq dünya çempionu adını və “Jül Rime” adlanan kuboku qazanan milli komanda bu kuboku ömürlük öz muzeyinə aparacaqlar. İş elə gətirdi ki, 1970-ci ildə məhz Pelenin də heyətində yer aldığı Braziliya millisi ardıcıl olaraq üçüncü dəfə dünya çempionu adını qazanaraq “Jül Rime” kubonunu birdəfəlik Braziliyaya aparmışdı. Bundan sonra isə FİFA kubokun yeni formatını hazırlamışdı. Bizim indi sizə çatdıracağımız maraqlı məqam isə həmin sözügedən “Jül Rime” kubokundan gedir. Beləliklə:
1988-ci ilin yazında Rio-de-Janyerodan “Prense Latina” agentliyinin teleqramı gəldi: “Jül Rime kubokunun, digər adı “Qızıl İlahə” olan kubokun 1983-cü ilin dekabrnda oğurlanması, bütün dünyada məşhur olan bu idman mükafatının əridilib külçələr halına salınması və sonra da satılması barədə aləmə səs salmış məhkəmə prosesinin başa çatması nəticəsində braziliyalılar Serjio Ayres Pereyra, Joze Luis da Silva və Fransisko Joze Roşa hərəsi 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rio-de Janyeroda yaşayan argentinalı Xuan Karlos Ernandes də-oğurlanmış qızıl külçələrini satın aldığına görə 3 il həbs cəzasına məhkum olunmuşdur”
Bəli, 1983-cü il dekabrın 20-də, sübh çağı qanadlı ilahə Nikenin əfsanəvi heykəlciyi artıq yox idi-o, çəkisi 1,8 kq olan dördgül tirciyə çevrilmişdi.
Bu oğurluq barədədki xatirələr xalqın qəlbində həmişəlik acı bir nisgil kimi qalmışdır. Odur ki, 1984-cü ildə “Kodak” multiplikasiya kampaniyası Braziliya filialının səxavətli təklifinə xalq etinasız qarşıladı: “Kodak”ın nümayəndələri ilahə Nikenin yoxa çıxmış heykəlciyinin sürətini düzəltməklə bağlı bütün xərcləri öz üzərinə götürmüşdülər.
“Kodak”ın sifarişilə Çilidən 20 kiloqranlıq qara oniks (damarlı əqiq) parçası satın alındı. Vaxtilə Abel Löfler “Qızıl ilahə”nin kürsülüyünü düzəltmək üçün eynilə bu cür daş parçasından istifadə etmişdi. Qərbi Almaniyanın Hanau şəhərinin zərgərlik firmalarından biri isə Löflerdən qalmış eskizlər və Orjinaldan şəkilmiş çoxlu fotoşəkillər əsasında Jül Rime kubokunun dəqiq əkiztayını düzəltməyi öz öhdəsinə götürülmüşdü. Bu ağır zəhmətli iş bir neçə ay davam etmişdi.1958, 1962 və 1970-ci illərdə dünya çempionu olmuş Braziliyanın üç məşhur yığma komandasının üç kapitanı Alberto Bellini, Mauro və Karlos Alberto xüsusi aviareyslə AFR-a (o vaxt Almaniya Federativ Respublikası) üçmüşdular. Bu fəxri dəstənin və çoxsaylı mühavizə qrupunun müşayiəti ilə “Kodak”ın bağışladığı Nike heykəlciyinin surəti Rioya gətirildi.
Hazırda Braziliya Futbol Konfederasiyası prezidentinin kabinetində gülləkeçirməz şüşəvitrin altında, kabinetin ortasında Jül Rime kubokunun surəti işıq şüalarında bərq vurmaqdadır. Düzü, bəlli deyil ki, ordada bərq vuran hansı heykəlcikdir-əksi, yoxsa yeni. İndi bu-ən gizli bir sirr kimi saxlanılır.
Hazırladı Anar XANLAROV