Futbol üzrə dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir.


Rekord.az xəbər verir ki, bunu Ekvador millisinin baş məşqçisi Sebastian Bekkaseçe Kot dİvuar yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.


Mütəxəssis məğlubiyyətə baxmayaraq, matçdan razı qaldığını bildirib:


"Komandamın mübarizəsindən razı qalsam da, nəticə bizi məyus etdi. Oyunda qol vurmaq üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Belə səviyyəli turnirlərdə buraxılan kiçik səhvlər baha başa gəlir. İndi bu matçı unutmalı və növbəti qarşılaşmaya köklənməliyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizə inanıram".


Qeyd edək ki, Ekvador millisi Kot dİvuara 0:1 hesabı ilə uduzub.