Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarını iki medalla başa vurub.


Rekord.az xəbər verir ki, idmançı birdən qaldırmada 180 kq-ın öhdəsindən gəlib.


O, təkanla qaldırmada da 211 kq çəkinin öhdəsindən gəlməklə gümüş medal əldə edib.


Beləliklə, Dadaş iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.


Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.