“Çelye”dən “Gəncəbasar”a
- 17:20
- 24
“Gəncəbasar” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, 1-ci liqa təmsilçisi transfer çalışmaları çərçivəsində Sloveniyanın "Çelye" klubundan Algirdas Kristupas Padegiması icarəyə götürüb.
Bu barədə klub məlumat yayıb.
İcarə müqaviləsinin müddəti bir illikdir.
18 yaşlı litvalı yarımmüdafiəçi mövqeyində çıxış edir. O, ölkəsinin U-17 və U-19 yığmalarına dəvət alıb.