
“Çelsi”də yeni hücumçu
- 05 İyn 2025 11:46
- 48
"Çelsi" növbəti transferini həyata keçirib.
Rekord.az xəbər veir ki, İngiltərə klubu Liam Delapın keçidini rəsmiləşdirib.
Bu barədə London təmsilçisinin rəsmi saytı açıqlama yayıb. "İpsviç"dən transfer olunan 22 yaşlı forvardla 6 illik müqavilə imzalanıb.
Liam "Mançester Siti"nin yetirməsidir. Ötən ilin yayında "İpsviç"ə keçən hücumçu 37 oyunda 12 dəfə fərqlənib.