
“Çelsi” yeni transferini elan etdi
- 02 İyn 2025 23:54
- 83
"Çelsi" Dariu Essuqunu transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Zadəganlar" müqavilə əsasında "Sportinq"ə (Portuqaliya) məxsus olan, son olaraq icarə əsasında "Las Palmas"da (İspaniya) çıxış edən müdafiəçi ilə 8 illik müqavilə imzalayıb.
"Transfermarkt" Essuqunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.